Ukrayna ordusu Kurskun Tetkino kəndinə daxil olub

08.05.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ordusu Rusiya sərhədini keçərək Kursk vilayətinin Tetkino kəndinə doğru irəliləyib.

Missiya.Az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.

“Müşahidə kameralarının görüntülərinə görə, rus qoşunları Tetkinonun cənub hissəsindəki binaya hava zərbələri endirib. Belə ki, Ukrayna hərbçiləri kənddəki mövqeləri nəzarətə götürüblər”, - deyə vurğulanıb.

Bununla belə, rusiyalı hərbi bloqerlər Ukrayna qüvvələrinin qəsəbənin cənub hissəsində iki küçəyə qədər nəzarət etdiyini iddia edirlər. 

Xatırldaq ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Kurskun Ukrayna ordusundan təmizləndiyini elan edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью