Ukrayna ordusu Kurskun Tetkino kəndinə daxil olub
Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna ordusu Rusiya sərhədini keçərək Kursk vilayətinin Tetkino kəndinə doğru irəliləyib.
Missiya.Az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.
“Müşahidə kameralarının görüntülərinə görə, rus qoşunları Tetkinonun cənub hissəsindəki binaya hava zərbələri endirib. Belə ki, Ukrayna hərbçiləri kənddəki mövqeləri nəzarətə götürüblər”, - deyə vurğulanıb.
Bununla belə, rusiyalı hərbi bloqerlər Ukrayna qüvvələrinin qəsəbənin cənub hissəsində iki küçəyə qədər nəzarət etdiyini iddia edirlər.
Xatırldaq ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Kurskun Ukrayna ordusundan təmizləndiyini elan edib.
Daşqın Həsənov
Missiya.Az

Ukrayna Kurskun bu şəhərindən geri çəkildi
15 Mart 2025 17:57
Kurskun keçmiş qubernatoru saxlanıldı
16 Aprel 2025 17:51
Rusiya ordusu Kurskun Daryino kəndini geri qaytarıb
28 Noyabr 2024 10:37
Kurskun 86 faizi rusların nəzarətindədir
13 Mart 2025 08:45
Rusiya ordusu Kurskun daha bir qəsəbəsini azad edib
27 Yanvar 2025 14:30

