Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Ukrayna Rusiyanın Kursk vilayətində yeni hərbi əməliyyata başlayıb.
Modern.az-ın məlumatına görə, Kiyevdən əməliyyatla bağlı rəsmi açıqlama verilməyib.
Lakin yüksək rütbəli ukraynalı məmur Qərb mətbuatına bildirib ki, Rusiya “layiq olduğunu görüb”.
Hücum Ukrayna Silahlı Qüvvələrinin Pokrovskdan cənubda bir vaxtlar mühüm qalası sayılan Kuraxovo şəhərinin ələ keçirilməsi fonunda baş verir.
Son bir neçə həftə ərzində Rusiya hərbi kanallarında yeni hücumun istiqaməti ilə bağlı müxtəlif versiyalar irəli sürülür, Ukrayna bölmələrinin şimal istiqamətinə köçürülməsi və növbəti hücumun mümkün hazırlığı barədə məlumatlar yayılıb.
Əməliyyatın başlaması ilə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı yerli mediadan susma rejiminə əməl etməyi tələb edib.
Ukrayna Hərbi Qərargahının yanvarın 5-nə olan hesabatında deyilir ki, Kursk vilayətində 42 hərbi toqquşma olub.
Yeni ilin ilk günü Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin Kursk vilayətinə səfəri də diqqətəlayiqdir.