Icma.az
close
up
RU
Ukrayna Rusiya ərazisində yeni hücum başladı 15 min hərbçi ÖLDÜRÜLÜB

Ukrayna Rusiya ərazisində yeni hücum başladı 15 min hərbçi ÖLDÜRÜLÜB

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Rusiyanın Kursk vilayətində yeni hərbi əməliyyata başlayıb.

Modern.az-ın məlumatına görə, Kiyevdən əməliyyatla bağlı rəsmi açıqlama verilməyib.

Lakin yüksək rütbəli ukraynalı məmur Qərb mətbuatına bildirib ki, Rusiya “layiq olduğunu görüb”.

Hücum Ukrayna Silahlı Qüvvələrinin Pokrovskdan cənubda bir vaxtlar mühüm qalası sayılan Kuraxovo şəhərinin ələ keçirilməsi fonunda baş verir.

Son bir neçə həftə ərzində Rusiya hərbi kanallarında yeni hücumun istiqaməti ilə bağlı müxtəlif versiyalar irəli sürülür, Ukrayna bölmələrinin şimal istiqamətinə köçürülməsi və növbəti hücumun mümkün hazırlığı barədə məlumatlar yayılıb.

Əməliyyatın başlaması ilə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı yerli mediadan susma rejiminə əməl etməyi tələb edib.

Ukrayna Hərbi Qərargahının yanvarın 5-nə olan hesabatında deyilir ki, Kursk vilayətində 42 hərbi toqquşma olub.

Yeni ilin ilk günü Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin Kursk vilayətinə səfəri də diqqətəlayiqdir.

BBC qeyd edir ki, hazırda Ukraynanın Sudjadan Bolşoy Soldatskoye kəndinə və Berdin fermasına doğru irəlilədiyi bildirilir. Ukrayna ordusu rayon mərkəzinə və Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi Kurçatov şəhərinə aparan magistral yolda görünüb. Sudjanın şimal-qərb və şərqində də Ukrayna Silahlı Qüvvələrinin hücumları olduğu qeyd olunur.

Rusiyanın müharibə blogerləri Sudjanın şimalında Ukrayna zirehli texnikasının hərəkəti barədə məlumat verib. Müdafiə Nazirliyi də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu faktiki olaraq təsdiqləyib. Qurum hücumun dəf edildiyini bildirib, lakin bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənə bilməyib.

Hücum yeni başladığı üçün ekspertlər bunun məqsədini ilə bağlı danışmağa tələsmir. 2024-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətini ələ keçirərkən əməliyyatın məqsədlərindən biri Rusiya ordusunun Donetsk bölgəsindəki hücumdan yayındırmaq olub.

Qeyd edək ki, Ukrayna 2024-cü ilin avqustunda Kurska qarşı ilk əməliyyatı təşkil etdikdən sonra ələ keçirdiyi torpaqlarda qalmağa davam edir. Bu vaxt ərzində bölgədə yaşayan 200 minə yaxın Rusiya vətəndaşının təxliyə edildiyi bildirilir.

Rusiyanın bölgəyə 11 minə yaxın Şimali Koreya əsgərini göndərdiyi iddia edilir. Moskva bu qoşunların mövcudluğunu nə təsdiq, nə də təkzib edir.

ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi, yanvarın 6-da verdiyi açıqlamada, burada minə yaxın Şimali Koreya əsgərinin öldürüldüyünü və ya yaralandığını bildirib.

Ukrayna lideri Volodimir Zelenski bu rəqəmin 3800 civarında olduğunu iddia edib. Zelenski Şimali Koreya əsgərlərinin tanınmamaq üçün üzlərinin yandırıldığını da iddia edib. O, bazar ertəsi günü Rusiyanın Kursk bölgəsində Ukrayna qüvvələrinə qarşı gedən beş ay ərzində ağır itkilər verdiyini və 15 minə yaxın hərbçinin öldüyünü bildirib. “Kursk əməliyyatı zamanı düşmən təkcə bu istiqamətdə artıq 38 min əsgərini itirib, bu itkilərin 15 minə yaxını geri qaytarıla bilməz”, - deyə Zelenski gecə videomüraciətində bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri