Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı ölkələri Ukrayna ilə nadir torpaq metalları və faydalı qazıntıların hasilatı üzrə xüsusi saziş bağlamağı müzakirə edirlər.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurneyə istinadən məlumat yayıb.
Sejurney fevralın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin də iştirak etdiyi Kiyevdəki danışıqlardan sonra bildirib ki, Avropanın ehtiyac duyduğu 30 vacib mineralın 21-i Ukrayna tərəfindən təmin oluna bilər və bu, qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində həyata keçirilə bilər.
Lakin o, sazişin detalları və Avropa ölkələrinin maraqlandığı konkret minerallar barədə məlumat verməyib.
Xatırladaq ki, fevralın əvvəlində Donald Tramp Vaşinqtonun Ukraynadan nadir torpaq metalları əldə etmək istədiyini açıqlayıb.
Fevralın 12-də ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə faydalı qazıntılarla bağlı sazişin mətnini təqdim edib.
Əvvəlcə müqavilə bağlamağa hazır olduğunu bildirən Zelenski nə həmin görüşdə, nə də sonradan bu sənədi imzalamayıb.