Icma.az
close
up
RU
Ukrayna təbii sərvətlərini Aİ yə istismara verəcək?

Ukrayna təbii sərvətlərini Aİ yə istismara verəcək?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı ölkələri Ukrayna ilə nadir torpaq metalları və faydalı qazıntıların hasilatı üzrə  xüsusi saziş bağlamağı müzakirə edirlər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurneyə istinadən məlumat yayıb.

Sejurney fevralın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin də iştirak etdiyi Kiyevdəki danışıqlardan sonra bildirib ki, Avropanın ehtiyac duyduğu 30 vacib mineralın 21-i Ukrayna tərəfindən təmin oluna bilər və bu, qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində həyata keçirilə bilər.

Lakin o, sazişin detalları və Avropa ölkələrinin maraqlandığı konkret minerallar barədə məlumat verməyib.

Xatırladaq ki, fevralın əvvəlində Donald Tramp Vaşinqtonun Ukraynadan nadir torpaq metalları əldə etmək istədiyini açıqlayıb. 

Fevralın 12-də ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə faydalı qazıntılarla bağlı sazişin mətnini təqdim edib. 

Əvvəlcə müqavilə bağlamağa hazır olduğunu bildirən Zelenski nə həmin görüşdə, nə də sonradan bu sənədi imzalamayıb.

Zelenski bildirib ki, təklif olunan sazişdə Ukraynanın təhlükəsizliyinə zəmanət verən heç bir maddə yoxdur. 

Lakin fevralın 21-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts Zelenskinin yaxın zamanda bu sazişi imzalayacağını bildirib.

Fevralın 23-də mətbuat konfransında çıxış edən Zelenski isə "Mən ABŞ-la bu sazişi imzalamaq istəmirəm, çünki onun hesabını Ukraynanın 10 nəsli ödəməli olacaq", - deyə bəyan edib.

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri