Ukrayna və Avropa öz imkanlarının məhdudluğunu dərk etməlidir Ekspert | Icma.az
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kiyev və Avropa ölkələri Ukrayna münaqişəsinin daha da gərginləşməsinə yol verməməli və öz imkanlarının məhdudluğunu dərk etməlidirlər.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqların nəticələrini şərh edən Çin Xalq Universitetinin Çunyan Maliyyə Araşdırmaları İnstitutunun dekanı Van Ven bildirib.
“Ukrayna və digər Avropa ölkələri real vəziyyəti ayıq şəkildə qiymətləndirməli, bu təhlükəli eskalasiya yolunu davam etdirməməlidirlər.
Rusiya üçün isə hazırda ölkə ərazisinin hər yerində müdafiəni gücləndirmək prioritet məsələyə çevrilib”, – deyə ekspert qeyd edib.
Rusiyanın və Ukraynanın ikinci danışıqlar raunduna toxunan Van Ven qeyd edib ki, bu görüş mənfi nəticə verməsə də, iki ölkə arasında real sülhə nail olmaq hələ də çox çətin görünür.
“Xüsusilə də, Ukraynanın Rusiyanın ərazisinə pilotsuz uçuş aparatları ilə son hücumlarından sonra danışıqların perspektivləri daha da pisləşib”, – deyə o bildirib.
“Bu, son 80 ildə ilk dəfə olaraq Sibir və Uzaq Şərq ərazilərinə edilmiş hərbi zərbələrdir.
Tam oxu
Xəbəri oxu