Icma.az
close
up
RU
Ukrayna və Avropa öz imkanlarının məhdudluğunu dərk etməlidir Ekspert

Ukrayna və Avropa öz imkanlarının məhdudluğunu dərk etməlidir Ekspert

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev və Avropa ölkələri Ukrayna münaqişəsinin daha da gərginləşməsinə yol verməməli və öz imkanlarının məhdudluğunu dərk etməlidirlər.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqların nəticələrini şərh edən Çin Xalq Universitetinin Çunyan Maliyyə Araşdırmaları İnstitutunun dekanı Van Ven bildirib.

“Ukrayna və digər Avropa ölkələri real vəziyyəti ayıq şəkildə qiymətləndirməli, bu təhlükəli eskalasiya yolunu davam etdirməməlidirlər. Rusiya üçün isə hazırda ölkə ərazisinin hər yerində müdafiəni gücləndirmək prioritet məsələyə çevrilib”, – deyə ekspert qeyd edib.

Rusiyanın və Ukraynanın ikinci danışıqlar raunduna toxunan Van Ven qeyd edib ki, bu görüş mənfi nəticə verməsə də, iki ölkə arasında real sülhə nail olmaq hələ də çox çətin görünür. “Xüsusilə də, Ukraynanın Rusiyanın ərazisinə pilotsuz uçuş aparatları ilə son hücumlarından sonra danışıqların perspektivləri daha da pisləşib”, – deyə o bildirib.

“Bu, son 80 ildə ilk dəfə olaraq Sibir və Uzaq Şərq ərazilərinə edilmiş hərbi zərbələrdir. Müharibə Rusiyanın uzaq regionlarına, Çin sərhədinə qədər çatıb. Bu, Çində ciddi narahatlıq doğurur və Pekini münaqişənin eskalasiyasının qarşısını almaq üçün daha diqqətlə hərəkət etməyə məcbur edir”, – deyə Van Ven vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq, iyunun 1-də Kiyev rejiminin Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində yerləşən aerodromlara FPV dronları ilə hücum həyata keçirdiyini bildirib. İvanovo, Ryazan və Amur vilayətlərində hücumlar dəf edilib. Hücumlar nəticəsində bir neçə hava texnikası alışsa da, yanğınlar söndürülüb. Nazirlik əlavə edib ki, hərbçilər və mülki heyət arasında itki yoxdur, bəzi hücum iştirakçıları isə saxlanılıb.

Rusiya və Ukrayna arasında bərpa edilmiş birbaşa danışıqların ikinci raundu 2 iyun tarixində İstanbulda baş tutub. Görüş təxminən bir saat davam edib, nümayəndə heyətləri rus dilində ünsiyyət qurublar. Tərəflər münaqişənin nizamlanması ilə bağlı müxtəlif aspektlər üzrə öz baxışlarını əks etdirən sənədlərlə mübadilə aparıblar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri