Ukraynada hərbçilər üçün həvəsləndirici ödənişlər təsdiqləndi | Icma.az
Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna hökuməti ölkə Prezidenti Volodimir Zelenskinin elan etdiyi 18-24 yaşlı kişilərin Milli Qvardiya və Sərhəd Xidməti bölmələrində müqavilə əsasında xidmətə cəlb edilməsi üzrə proqramın ("Müqavilə 18-24" proqramı) genişləndirilməsini təsdiqləyib.
Manset.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radada daimi nümayəndəsi Taras Melniçuk sosial şəbəkədə yazıb.
"Bundan sonra "Müqavilə 18-24" proqramı təkcə Ukrayna Silahlı Qüvvələrini deyil, həm də Milli Qvardiya və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını da əhatə edəcək", - o qeyd edib.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Milli Qvardiya Baş İdarəsi və Dövlət Sərhəd Xidməti Administrasiyasına 18-25 yaş arası hərbi qulluqçular üçün vəzifələrin siyahısını müəyyən etmək səlahiyyəti verilib.
Həmçinin hökumət tibbi müayinə prosedurunu sadələşdirib, xüsusilə həkim-psixiatrın qəbulunda olmaqla bağlı tələbləri azaldıb.
Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, "Müqavilə 18-24" layihəsi çərçivəsində könüllülər 1 milyon qrivna məbləğində ödəniş alacaqlar: 200 min qrivna dərhal, qalan məbləğ isə xidmət ili ərzində ödəniləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu