Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər yersizdir

30.03.2025

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı təklifləri yersiz və tezdir. Çünki bunun üçün hələ heç bir şərait yoxdur.

Manset.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “YouTube” platformasında yayımlanan “Ultrahang” kanalına müsahibəsində deyib.

"Sülhün qorunması yalnız sülh olduqda aktual ola bilər. Müharibə zamanı sülhün qorunmasından danışmaq mənasızdır. Orada ümumiyyətlə sülhməramlıların olub-olmayacağı, nə vaxt və necə olacağı bəlli deyil. Bunun üçün minimum şərtlər belə yoxdur", - nazir əlavə edib.

Siyartonun sözlərinə görə, hazırda əsas məsələ sülh bağlamaq, atəşkəs şərtlərini razılaşdırmaq lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью