Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər yersizdir
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı təklifləri yersiz və tezdir. Çünki bunun üçün hələ heç bir şərait yoxdur.
Manset.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “YouTube” platformasında yayımlanan “Ultrahang” kanalına müsahibəsində deyib.
"Sülhün qorunması yalnız sülh olduqda aktual ola bilər. Müharibə zamanı sülhün qorunmasından danışmaq mənasızdır. Orada ümumiyyətlə sülhməramlıların olub-olmayacağı, nə vaxt və necə olacağı bəlli deyil. Bunun üçün minimum şərtlər belə yoxdur", - nazir əlavə edib.
Siyartonun sözlərinə görə, hazırda əsas məsələ sülh bağlamaq, atəşkəs şərtlərini razılaşdırmaq lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Mart 2025 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















