Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya KİV-lərinin yazdığına görə, ABŞ prezidentinin bəyanatları avropalıları sözün əsl mənasında şoka salıb.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Avropa hakimiyyət orqanları gözləyir ki, ABŞ prezidenti Donald Tramp onlara Ukraynanın bərpasına görə pul ödəməli olduqlarını və orada sülh sazişinə dəstək məqsədilə qoşun yerləşdirməli olduqlarını bildirəcək.
Halbuki bu sazişin əldə olunmasında onların iştirakı nəzərdə tutulmur.
Bu barədə "Financial Times" nəşrinə bir sıra yüksək vəzifəli avropalı rəsmilər məlumat verib.
Nəşr vurğulayıb ki, Avropa rəsmiləri ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı sülh danışıqlarından kənarda qalmaqdan dolayı özlərinə gələ bilmir.
Həmçinin, onların müharibədən sonrakı təhlükəsizlik və Ukraynanın bərpası ilə bağlı xərclərin öhdəsinə düşəcəyindən narahat olduqları bildirilir.