Icma.az
close
up
RU
“Ukraynanı “təslim edirlər“: Tramp və Hegsetin bəyanatlarına dünya necə reaksiya verib?..“

“Ukraynanı “təslim edirlər“: Tramp və Hegsetin bəyanatlarına dünya necə reaksiya verib?..“

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya KİV-lərinin yazdığına görə, ABŞ prezidentinin bəyanatları avropalıları sözün əsl mənasında şoka salıb.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Avropa hakimiyyət orqanları gözləyir ki, ABŞ prezidenti Donald Tramp onlara Ukraynanın bərpasına görə pul ödəməli olduqlarını və orada sülh sazişinə dəstək məqsədilə qoşun yerləşdirməli olduqlarını bildirəcək. Halbuki bu sazişin əldə olunmasında onların iştirakı nəzərdə tutulmur.

Bu barədə "Financial Times" nəşrinə bir sıra yüksək vəzifəli avropalı rəsmilər məlumat verib. Nəşr vurğulayıb ki, Avropa rəsmiləri ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı sülh danışıqlarından kənarda qalmaqdan dolayı özlərinə gələ bilmir. Həmçinin, onların müharibədən sonrakı təhlükəsizlik və Ukraynanın bərpası ilə bağlı xərclərin öhdəsinə düşəcəyindən narahat olduqları bildirilir.

Nəşr xatırladıb ki, Tramp Putinlə danışdıqdan dərhal sonra nümayəndə heyətlərinin müharibəni dayandırmaq üçün "dərhal danışıqlara başlayacağını" elan edərək avropalıları təəccübləndirib.

"Tramp bizi pul mənbəyi kimi görür"

"Amerikalılar Avropanın müharibə ilə bağlı böyük geosiyasi məsələlərdə rolunu görmür. Bu, birlik üçün əsl sınaq olacaq", -  yüksək rütbəli bir Avropa İttifaqı rəsmisi bildirib.

"Tramp bizi pul mənbəyi kimi görür. Açığını desək, bu pulların əvəzində bizim danışıqlar masasında hansı rolu oynayacağımız barədə aydın təsəvvürümüz yoxdur", - o, əlavə edib.

Bundan başqa, "The Guardian" nəşri qeyd edib ki, hadisələrin sürətli inkişafı Avropanı narahat edir, çünki Putin və Tramp qitənin gələcək təhlükəsizliyi ilə bağlı danışıqları avropalı liderlərin başı üzərindən aparır.

Avropa xarici işlər nazirləri isə ortaq bəyanat yayaraq bildirib: "Avropanın iştirakı olmadan Ukraynada ədalətli və davamlı sülh olmayacaq". Xüsusilə, Almaniya xarici işlər naziri Annalena Berbok və İspaniya XİN rəhbəri Xose Manuel Albares "Ukraynasız heç bir qərarın qəbul oluna bilməyəcəyini" vurğulayaraq, Avropa İttifaqı ölkələrini bu məsələdə birliyə çağırıb.

Polşa xarici işlər naziri Radoslav Sikorski isə "ABŞ ilə əməkdaşlığın davam etdirilməsinin" müzakirə mövzusu olduğunu bildirib. "Qitəmizin təhlükəsizliyi üçün ən yaxşı təminat sıx transatlantik əməkdaşlıqdır", - o, vurğulayıb.

"Bloomberg" nəşrinin yazdığına görə, bəzi avropalı liderlər Trampın cəmi bir telefon zəngi ilə ABŞ-ın Ukrayna ilə bağlı illərdir davam edən siyasətini dəyişməsindən narahatdır. Onların fikrincə, Trampın rusiyalı diktator Putinlə danışığı Ukraynanı "təslim etdiyinə" işarə edir.

"Tramp faktiki olaraq Putinə təslim olub..."

Trampın ilk prezidentlik dönəmində milli təhlükəsizlik üzrə müşavir olmuş Con Bolton isə daha sərt açıqlamalar verib. CNN kanalına danışan Bolton bildirib ki, Tramp Ukraynanın gələcəyi ilə bağlı danışıqlardan əvvəl faktiki olaraq Putinə təslim olub.

Avropanın Trampın gözlənilməz addımlarına reaksiyasını "Politico" da işıqlandırıb. "Ukraynanın müttəfiqləri Trampın Putinlə danışıb müharibəni bitirmək üçün "dərhal danışıqlara başlayacağını" bildirməsinə şok və qəzəblə reaksiya verib", - nəşr yazıb.

Trampın uzun müddətdir tənqidçisi olan ABŞ senatoru Adam Şiff isə prezidentin bu addımını sərt tənqid edərək onu "Kreml üçün əla iş adamı" adlandırıb.

"Tramp bizim düşmənimizi- Rusiyanı bizim müttəfiqimiz olan Ukraynadan əvvəl xatırladıb. Onun müdafiə naziri isə Ukraynanın NATO-ya gələcək üzvlüyünü və onun suveren əraziləri üzərində nəzarətini bərpa etməsini istisna edib. Açıq danışaq: bu, hələ danışıqlar başlamadan Ukraynanın və öz maraqlarımızın təslim edilməsidir", - Şiff sosial şəbəkədə yazıb.

Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas isə Trampın bəyanatlarına cavab olaraq Fransa, Polşa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniyanın daxil olduğu Veymar Qrupu adından bəyanat yayıb.

"Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü mübahisə mövzusu ola bilməz. İndi əsas prioritetimiz Ukraynanı gücləndirmək və ona etibarlı təhlükəsizlik təminatları vermək olmalıdır", - sənəddə qeyd olunub.

Estoniya parlamentinin xarici işlər komitəsinin sədri Marko Mihkelson isə xəbərdarlıq edib: "Bu gün Avropa üçün qara gün kimi tarixə düşə bilər". O, avropalı liderləri öz talelərini öz əllərinə almağa çağırıb.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceyms Klaverli isə Trampın Ukrayna strategiyasını kəskin tənqid edib: "Danışıqlara bir tərəfin dərhal güzəştə getməsi ilə başlamaq, işğalın sərfəli olduğunu göstərmək zəif addımdır. Diktaturalar diqqətlə izləyir".

Polşa baş naziri Donald Tusk isə "ədalətli sülhə" çağırışı edib və Ukrayna ilə Avropanın ABŞ-la birgə danışıqlar aparmalı olduğunu vurğulayıb. "Bizə lazım olan yalnız sülhdür, ədalətli sülh. Ukrayna, Avropa və ABŞ bunun üçün birlikdə çalışmalıdır. Birlikdə", - o, deyib.

İsveçin keçmiş  baş naziri Karl Bildt isə Trampın Ukrayna ilə bağlı mövqeyini sərt tənqid edərək onu 1938-ci ildə Münhen Sazişi ilə Hitlerə güzəştə gedən Britaniya baş naziri Çemberlenlə müqayisə edib: "Hətta Çemberlen belə bu qədər aşağıya enməyib".

NATO-nun baş katibi Mark Rütte bəyan edib: "Çox vacibdir ki, sülh sazişi bağlananda bu, uzunmüddətli olsun və Putin bir daha Ukraynanın bir hissəsini ələ keçirməyə cəhd edə bilməsin. Buna görə də bu məsələ danışıqların bir hissəsi olmalıdır", -

Rütte vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri