Ukraynanın müdafiə naziri sülh planının əsas bəndinə ciddi dəyişiklik edib

21.11.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin yüksək vəzifəli rəsmisi bildirib ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov Ukraynadakı müharibəyə son qoymaq üçün hazırlanmış sülh müqaviləsi layihəsinin 28 bəndindən birinə mühüm dəyişikliklər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, sənədin ilkin versiyasında Ukraynanın aldığı bütün beynəlxalq yardımların auditinin aparılması tələb olunurdu.

Mənbələr bildirir ki, bu müddəa mümkün korrupsiya hallarını müəyyən etmək məqsədi daşıyırdı.

Lakin layihənin yenilənmiş variantında həmin bənd çıxarılıb. Bunun əvəzinə sənədə bütün tərəflərə “müharibə zamanı etdikləri hərəkətlərə görə tam əfv” verilməsini nəzərdə tutan müddəa əlavə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью