Ukraynanın müdafiə naziri sülh planının əsas bəndinə ciddi dəyişiklik edib
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin yüksək vəzifəli rəsmisi bildirib ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov Ukraynadakı müharibəyə son qoymaq üçün hazırlanmış sülh müqaviləsi layihəsinin 28 bəndindən birinə mühüm dəyişikliklər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, sənədin ilkin versiyasında Ukraynanın aldığı bütün beynəlxalq yardımların auditinin aparılması tələb olunurdu.
Mənbələr bildirir ki, bu müddəa mümkün korrupsiya hallarını müəyyən etmək məqsədi daşıyırdı.
Lakin layihənin yenilənmiş variantında həmin bənd çıxarılıb. Bunun əvəzinə sənədə bütün tərəflərə “müharibə zamanı etdikləri hərəkətlərə görə tam əfv” verilməsini nəzərdə tutan müddəa əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 21 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















