“Ukraynanın NATO dan kənarda olması Rusiyanın şərtlərindən biridir”

28.07.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiyanın Ukrayna ilə münaqişənin nizamlanması şərtləri Kiyevi NATO-ya cəlb etməkdən imtinanı, alyansın genişlənməsinə son qoymağı və reallıqların yerdə tanınmasını nəzərdə tutur”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, biz qanuni tələbimizdə, yəni təhlükəsizliyimizi təmin etməkdə israr edirik: 

“Ukraynanın NATO-ya qoşulmaması, alyansın ümumiyyətlə genişlənməsinə yol verilməməlidir. O, qəbul edilmiş bütün vədlərə və sənədlərə baxmayaraq, artıq sərhədlərimizə qədər genişlənib. Və təbii ki, Konstitusiyamızda təsbit olunmuş reallıqların tanınması tamamilə mübahisəsiz tələbdir”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью