“Ukraynanın NATO dan kənarda olması Rusiyanın şərtlərindən biridir”
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiyanın Ukrayna ilə münaqişənin nizamlanması şərtləri Kiyevi NATO-ya cəlb etməkdən imtinanı, alyansın genişlənməsinə son qoymağı və reallıqların yerdə tanınmasını nəzərdə tutur”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, biz qanuni tələbimizdə, yəni təhlükəsizliyimizi təmin etməkdə israr edirik:
“Ukraynanın NATO-ya qoşulmaması, alyansın ümumiyyətlə genişlənməsinə yol verilməməlidir. O, qəbul edilmiş bütün vədlərə və sənədlərə baxmayaraq, artıq sərhədlərimizə qədər genişlənib. Və təbii ki, Konstitusiyamızda təsbit olunmuş reallıqların tanınması tamamilə mübahisəsiz tələbdir”, - deyə siyasətçi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 İyul 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















