GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Slovakiya Ukrayna savaşına son qoyacaq sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.
Bunu dekabrın 26-da Ali Avrasiya İqtisadi Şurası iclasının yekunlarına dair mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dilə gətirib və ardınca deyib: “Biz buna qarşı deyilik.
Fikrimizcə, Slovakiya tərəfsiz mövqe tutur və bu, bizim üçün məqbul variantdır”.
Ayrıca, Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, yanvarın 1-dən sonra Ukraynaya qarşı variantları dəyərləndirəcəyik.
Fitso Ukraynaya enerji nəqlini dayandırmağa hazır olduqlarını bəyan edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fitsonun Rusiya səfərini şərh edərkən onun yalnız pul uğrunda mübarizə apardığını bildirib.
Bu varianta, yəni sülh masasının Slovakiyada təşkilinə Zelenski razı olacaqmı? Bu təşəbbüs baş tuta bilərmi?