Icma.az
close
up
RU
Ukraynanın qorxulu röyası Bu Avropa ölkəsi Rusiya ilə birləşib...

Ukraynanın qorxulu röyası Bu Avropa ölkəsi Rusiya ilə birləşib...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Slovakiya Ukrayna savaşına son qoyacaq sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır. Bunu dekabrın 26-da Ali Avrasiya İqtisadi Şurası iclasının yekunlarına dair mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin dilə gətirib və ardınca deyib: “Biz buna qarşı deyilik. Fikrimizcə, Slovakiya tərəfsiz mövqe tutur və bu, bizim üçün məqbul variantdır”.

Ayrıca, Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, yanvarın 1-dən sonra Ukraynaya qarşı variantları dəyərləndirəcəyik. Fitso Ukraynaya enerji nəqlini dayandırmağa hazır olduqlarını bəyan edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fitsonun Rusiya səfərini şərh edərkən onun yalnız pul uğrunda mübarizə apardığını bildirib.

Bu varianta, yəni sülh masasının Slovakiyada təşkilinə Zelenski razı olacaqmı? Bu təşəbbüs baş tuta bilərmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov xatırladır ki, dekabrın 22-də Slovakiyanın Baş naziri Robert Fitso Rusiyaya səfər edərkən Prezident Vladimir Putinlə görüşdü:

“Onun bu görüşü Qərb, eləcə də Slovakiyanın NATO-dakı müttəfiqləri tərəfindən ciddi şəkildə qınandı. Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər bu, Qərb ölkəsi rəsmilərinin Rusiyaya üçüncü səfəridir. Macarıstan, Avstriyadan sonra Slovakiya bu addımı atdı.

Bu baxımdan Fitsonun səfəri Qərbin Rusiya ilə bağlı münasibətdə parçalanmış vəziyyətdə olduğunun göstəricisidir.

Fitso 2023-cü ilin oktyabr ayında səlahiyyətini icra etməyə başladıqdan sonra Slovakiyanın Ukraynaya hərbi yardımı dayandırılmışdı. Xatırladaq ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qarşı çıxan digər ölkə Macarıstandır”.

Politoloq bunun səbəbini isə belə izah edib:

“Slovakiya bu günə qədər Rusiyadan ucuz qaz alırdı. Həmin qaz təchizatını davam etdirmək üçün bu gün Robert Fitso Kreml ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.

Sultan Zahidov

Lakin onun bu addımı Slovakiya daxilində qınaq obyektinə çevrilməsinə səbəb olub. Slovakiyaya qaz təchizatı Rusiyadan Ukrayna vasitəsilə həyata keçirilirdi. Lakin proses yanvarın 1-dən etibarən dayandırılacaq. Çünki Ukrayna rəsmən bunu dayandıracağını açıqladı. Slovakiyanın alternativ yolları var. Ancaq bu yollardan istifadə ona hər il əlavə 500 milyon avrodan çox pula bais olacaq. Görünür, Fitso da bunu istəmədiyi üçün hər vəchlə çalışır ki, qaz təchizatı davam etsin. Hətta Ukraynanı təhdid edib ki, rəsmi Kiyev öz ərazisindən Rusiya qazının Slovakiyaya ixracına icazə verməsə, onlar da öz növbəsində Ukraynaya olan elektrik təchizatını kəsəcəklər. Volodimir Zelenski də bu yanaşmanı ciddi şəkildə qınadı. Bu o deməkdir ki, Zelenski Slovakiyada görüşün baş tutmasına mənfi münasibət bəsləyir”.

Sultan Zahidovun sözlərinə görə, belə görüşün baş tutmasında Ukrayna maraqlı deyil:

“Slovakiyanın mövqeyi Qərbin maraqlarından fərqlidir. Əksər Qərb ölkələri Zelenskinin qələbə planını dəstəkləyir. İndiki halda Rusiya ilə Ukrayna arasında hər hansı danışıqlar olsa belə, sülh sazişinin imzalanmasına inanmıram. Sadəcə müvəqqəti atəşkəs imzalana bilər. Hər şeyi Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın mövqeyinin necə olacağı müəyyənləşdirəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri