Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə açıqlamasında bildirib. Politoloq qeyd edib ki, Ukrayna əldə etdiyi yeni, uzaqmənzilli raket və dronlar ilə Rusiyanın enerji təsislərini vurub, neft emal müəssisələrinin 20%-dən çoxunu iflic etsə də, Rusiyanın enerji ixracı cəmi 3-6% azalıb: “Yəni, Rusiya mövqeyində qərarlılığını qoruyur. Odur ki, bir sıra Avropa liderləri son gediş olaraq Rusiya aktivlərinin əbədi dondurulmasını və Ukrayna üçün istifadəsini təklif edir. Lakin bu məsələdə Avropa daxilində vahid mövqe olmadığı üçün müzakirələrin nəticəsi hələ ki, danışıqlar masasından kənara çıxmır. Vahid mövqeyə gəlinərsə və belə bir qərar qəbul olunarsa, bu da qlobal maliyyə savaşlarının qarşıdakı dövrdə daha da artmasına yol açacaq”.
Politoloqun fikrincə, istənilən halda, savaşın məğlubu Ukraynadır, çünki torpaqları Rusiya, maliyyə və təbii resursları da Qərb tərəfindən mənimsənilir.
Şəhla Cəlilzadə hesab edir ki, Qərb Ukraynaya təhlükəsizlik təminatı verəcəksə, o zaman Rusiya ilə maliyyə savaşında Ukrayna hesabına özünə maliyyə təminatı da qazanacaq.
İradə Cəlil, Bizimyol.info