Icma.az
close
up
RU
Ukraynanın torpaqları Rusiya, maliyyə və təbii resursları da Qərb tərəfindən mənimsənilir

Ukraynanın torpaqları Rusiya, maliyyə və təbii resursları da Qərb tərəfindən mənimsənilir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Ukrayna ötən 4 il müddətində yüz milyardlarla dollar hərbi yardıma baxmayaraq, cəbhədə yalnız geriləyib. Maliyyə baxımından Rusiyanı çökdürmək mümkün olmayıb. BRICS çərçivəsində alternativ inkişaf bankı, alternativ maliyyə sistemi, CRA – alternativ valyuta və s. kimi müdafiə çətirləri inşa olunmaqdadır”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə açıqlamasında bildirib. Politoloq qeyd edib ki, Ukrayna əldə etdiyi yeni, uzaqmənzilli raket və dronlar ilə Rusiyanın enerji təsislərini vurub, neft emal müəssisələrinin 20%-dən çoxunu iflic etsə də, Rusiyanın enerji ixracı cəmi 3-6% azalıb: “Yəni, Rusiya mövqeyində qərarlılığını qoruyur. Odur ki, bir sıra Avropa liderləri son gediş olaraq Rusiya aktivlərinin əbədi dondurulmasını və Ukrayna üçün istifadəsini təklif edir. Lakin bu məsələdə Avropa daxilində vahid mövqe olmadığı üçün müzakirələrin nəticəsi hələ ki, danışıqlar masasından kənara çıxmır. Vahid mövqeyə gəlinərsə və belə bir qərar qəbul olunarsa, bu da qlobal maliyyə savaşlarının qarşıdakı dövrdə daha da artmasına yol açacaq”.

Politoloqun fikrincə, istənilən halda, savaşın məğlubu Ukraynadır, çünki torpaqları Rusiya, maliyyə və təbii resursları da Qərb tərəfindən mənimsənilir.

Şəhla Cəlilzadə hesab edir ki, Qərb Ukraynaya təhlükəsizlik təminatı verəcəksə, o zaman Rusiya ilə maliyyə savaşında Ukrayna hesabına özünə maliyyə təminatı da qazanacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri