Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pentaqon rəhbəri Pit Heqset Breitbart Ukraynanın nüvə silahı əldə edə biləcəyini istisna etmir.
O bildirib ki, belə bir qərarın verilməsi son nəticədə bütünlüklə Prezident Donald Trampdan asılıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti işğalçılıq siyasətindən müdafiə olunmasıı üçün iki yolu qaldığını bildirib - "Kiyev ya NATO-ya üzv qəbul edilməli, ya da ölkə nüvə silahına sahib olmalıdır”.
Zelenski onu da əlavə edib ki, "NATO-ya üzvlük onillərlə uzana bilər, ona görə də qoy onlar bizə nüvə silahı versinlər”.
Ona cavab olaraq, Pentaqon rəhbəri Heqset vurğulayıb ki, bu kimi məsələlərin həlli Prezidentin səlahiyyətində olan məsələdir.
Aydındır ki, Zelenski indiki vəziyyətdə Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə çalışır.
ABŞ rəsmiləri isə bu günlərdə Kiyevin NATO-ya üzv olmayacağını bəyan edib.