Icma.az
close
up
RU
Ukraynaya nüvə silahı veriləcək? (ŞƏRH)

Ukraynaya nüvə silahı veriləcək? (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pentaqon rəhbəri Pit Heqset Breitbart Ukraynanın nüvə silahı əldə edə biləcəyini istisna etmir. O bildirib ki, belə bir qərarın verilməsi son nəticədə bütünlüklə Prezident Donald Trampdan asılıdır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti işğalçılıq siyasətindən müdafiə olunmasıı üçün iki yolu qaldığını bildirib - "Kiyev ya NATO-ya üzv qəbul edilməli, ya da ölkə nüvə silahına sahib olmalıdır”. Zelenski onu da əlavə edib ki, "NATO-ya üzvlük onillərlə uzana bilər, ona görə də qoy onlar bizə nüvə silahı versinlər”.

Ona cavab olaraq, Pentaqon rəhbəri Heqset vurğulayıb ki, bu kimi məsələlərin həlli Prezidentin səlahiyyətində olan məsələdir. 

Aydındır ki, Zelenski indiki vəziyyətdə Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə çalışır. ABŞ rəsmiləri isə bu günlərdə Kiyevin NATO-ya üzv olmayacağını bəyan edib. Belə olan halda Zelenski də ölkəsinin təhlükəsizliyinə nail olmaq üçün bütün vasitələrdən istifadə etməyə səy göstərir.

Bu səbəbdən də nüvə silahı əldə edilməsi təklifini növbəti dəfə gündəmə gətirib. Bu müstəvidə Pit Heqsetin Ukraynanın nüvə silahı əldə edə biləcəyini istisna etməməsi heç də Kiyevin gələcəkdə bu silaha sahib olacağı anlamına gəlməməlidir. Pentaqon rəhbəri bu fikri ola bilsin ki, rəsmi Kiyevi sakitləşdirmək üçün səsləndirib.

Digər tərəfdən, ola da bilər ki, həmin fikir yaxınlarda başlanması gözlənilən Ukrayna - Rusiya danışıqlarında ikincinin öz aqressiv şərtlərini bir qədər yumşaltması üçün ona təzyiq göstərmək məqsədi daşıyır - Moskva danışıqlarda müəyyən qədər yumşaq mövqe sərgiləməsə, gələcəkdə nüvə ölkəsilə həmsərhəd olacaq. 

Pentaqon rəhbəri Ukraynanın nüvə silahı əldə etməsi qərarının son nəticədə Prezident Donald Trampdan asılı olduğunu deməsi isə ABŞ-ın yeni dövlət başçısının nüfuzunu daha da qaldırmağa hesablanmış addımdır.

Bununla o bir daha göstərmək istəyir ki, danışıqlar Trampın istəyinə uyğun getməlidir. Ukraynanın nüvə silahə əldə etməsi isə mövcud şəraitdə mümkünsüzdür. Çünki bu halın regionda vəziyyətin sabitləşməsindən və Rusiyanın geri çəkilməsindən daha çox, hətta Avropa İttifaqı ölkələrinin belə ciddi təhdidlə üz-üzə qalmasına gətirib çıxaması ehtimalı daha böyükdür. Hazırkı situasiyada Ukraynanın təhlükəsizliyi üçün qarantiya rolunda ancaq və ancaq Aİ-nin sülhməramlı qüvvələri oynaya bilər. ABŞ-ın özünü kənara çəkməsi, Kiyevin nüvə silahı istəyinin reallaşmasının gerçəkdən uzaq olması fonunda, məhz Avropa qüvvələrinin Ukraynada sülhməramlı adı altında yerləşməsi Rusiyanın növbəti təcavüzünün qarşısını almaq qüdrətində ola bilər. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri