Ulduz futbolçunun “Fənərbağça”ya transferi baş tutmayıb

03.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 fevral, AZƏRTAC

Fransa millisinin və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının futbolçusu Nqolo Kantenin “Fənərbağça”ya transferi baş tutmayıb.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin keçidi üçün lazım olan sənədlərin sistemə vaxtında yüklənməməsi səbəb olub.

İstanbul təmsilçisi üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirsə də, qarşı tərəf eyni dərəcədə məsuliyyətli hərəkət etməyib. Nəticədə Kantenin “Fənərbağça”ya, Yussuf En-Nesirinin isə “Əl-İttihad”a keçidi alınmayıb.

Qeyd edək ki, daha əvvəl tərəflər arasında hər iki oyunçunun transferi ilə bağlı razılıq əldə olunmuşdu. Hətta Nqolo Kante tibbi müayinədən də keçmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью