Ulduz futbolçunun “Fənərbağça”ya transferi baş tutmayıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 3 fevral, AZƏRTAC
Fransa millisinin və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasının futbolçusu Nqolo Kantenin “Fənərbağça”ya transferi baş tutmayıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin keçidi üçün lazım olan sənədlərin sistemə vaxtında yüklənməməsi səbəb olub.
İstanbul təmsilçisi üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirsə də, qarşı tərəf eyni dərəcədə məsuliyyətli hərəkət etməyib. Nəticədə Kantenin “Fənərbağça”ya, Yussuf En-Nesirinin isə “Əl-İttihad”a keçidi alınmayıb.
Qeyd edək ki, daha əvvəl tərəflər arasında hər iki oyunçunun transferi ilə bağlı razılıq əldə olunmuşdu. Hətta Nqolo Kante tibbi müayinədən də keçmişdi.
Bu mövzuda digər xəbərlər:Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI
25 Dekabr 2025 01:16
Kerem Aktürkoğlunun Fənərbağça ya keçidi baş tutmayıb
15 Avqust 2025 14:28
Asensionun Fənərbağça ya transferi niyə alınmadı? SƏBƏB
03 Avqust 2025 19:46
Fransalı ulduz futbolçu Nqolo Kante “Fənərbağça”ya keçir
02 Fevral 2026 10:13
“Fənərbağça”ya qayıtdı
12 Noyabr 2025 15:22
Baxış sayı:60
Bu xəbər 03 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















