Ulduz futbolçunun yeni klubu bəlli oldu | Icma.az
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq. "Qalatasaray"dan ayrılmaq istəyən Hakim Ziyeç Səudiyyə Ərəbistanına yollanır.
Metbuat.az xəbər verir ki, mərakeşli futbolçunun “Əl-Fateh”lə şifahi razılığa gəldiyi iddia edilib.
“360Saudi”nin məlumatına görə, Hakim Ziyeç “Əl-Fateh” klubu ilə müqavilənin bir sıra şərtlərini razılaşdırıb.
Bəzi məsələlərin həlli üçün danışıqlar davam edir. Bununla belə, İngiltərənin “İpsviç Taun” və “Vulverhempton”, Fransanın “Nitsa” klubu da Z
Bundan əvvəl, "Qalatasaray"ın futbolçu ilə müqaviləni ləğv etmək üçün danışıqlar apardığı barədə xəbərlər dərc edilmişdi.
Məşhur jurnalist Rudy Galettinin xəbərinə görə, “Qalatasaray” Ziyeçlə müqaviləni ləğv edib onu azad agent kimi göndərə bilər.
Bu mövsüm "Qalatasaray"da 11 matçda forma geyinən Hakim Ziyeç 320 dəqiqə meydanda qalıb və 1 məhsuldar ötürmə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu