Ulduz futbolçunun yeni klubu bəlli oldu
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
"Qalatasaray"dan ayrılmaq istəyən Hakim Ziyeç Səudiyyə Ərəbistanına yollanır.
Metbuat.az xəbər verir ki, mərakeşli futbolçunun “Əl-Fateh”lə şifahi razılığa gəldiyi iddia edilib. “360Saudi”nin məlumatına görə, Hakim Ziyeç “Əl-Fateh” klubu ilə müqavilənin bir sıra şərtlərini razılaşdırıb. Bəzi məsələlərin həlli üçün danışıqlar davam edir. Bununla belə, İngiltərənin “İpsviç Taun” və “Vulverhempton”, Fransanın “Nitsa” klubu da Ziyeçin xidmətində maraqlıdır. Bundan əvvəl, "Qalatasaray"ın futbolçu ilə müqaviləni ləğv etmək üçün danışıqlar apardığı barədə xəbərlər dərc edilmişdi. Məşhur jurnalist Rudy Galettinin xəbərinə görə, “Qalatasaray” Ziyeçlə müqaviləni ləğv edib onu azad agent kimi göndərə bilər.
Bu mövsüm "Qalatasaray"da 11 matçda forma geyinən Hakim Ziyeç 320 dəqiqə meydanda qalıb və 1 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 10 Yanvar 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















