Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür.
Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan xalqınının Ümummili lideri, Ulu öndər, müasir Azərbaycanın memarı və qurucusu da adlandırır".
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ADPU Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 15 iyun Milli Qurtuluş Günü ilə bağlı danışarkən deyib.