Icma.az
close
up
RU
Ulu öndər müasir Azərbaycanın memarı və qurucusudur ŞƏRH EDİLDİ

Ulu öndər müasir Azərbaycanın memarı və qurucusudur ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan xalqınının Ümummili lideri, Ulu öndər, müasir Azərbaycanın memarı və qurucusu da adlandırır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ADPU Şamaxı filialının dosenti, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 15 iyun Milli Qurtuluş Günü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, tarixi fakt, sənəd, elmi ədəbiyyat, o dövrkü yerli və xarici KİV-lərə istinad edərək qeyd edə bilərik ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını bir vaxtda xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi irəli sürülüb: "Tarixdə bu günə kimi beynəlxalq və regional güclərin dəstəyi ilə olduqları hər yerdə qarət, terror, soyqırımı, cinayətkarlıqla məşğul olan regional və beynəlxalq güclərin dəstəyini alan ermənilər hesab edirdilər ki, Azərbaycan xalqının haqqını əlindən almaq olar. Amma anlamadılar ki, Azərbaycan xalqının böyük oğlu dərin zəkaya, geniş siyasi təcrübəyə malik olan Heydər Əliyevə siyasi oyun və s. hiylələrlə qalib gəlmək olmaz. Nə qədər çirkin addımlar atsalar da, buna nail ola bilmədilər. Çünki Ulu öndər hər zaman atdığı addımlarda haqlı idi, həm də proseslərə dərin bələd olan dünya səviyyəli siyasi xadim idi.

Eyni zamanda, Heydər Əliyev xalqından dəstək alırdı, xalq da onu dəstəkləyirdi. İstər Azərbaycanda, istərsə də xaricdə olarkən çalışdığı bütün məqamlarda həmişə Azərbaycanın və dünya yaşayan azərbaycanlıların maraqlarına uyğun xidmət edib. Bütün bunları uzaqgörənliklə və praktiki addımlarla reallaşdırırdı. Təbii ki, istər dünya erməniliyi, istər Ermənistanda təcavüzkar rəhbərlik, istərsə də erməniləri dəstəkləyən beynəlxalq və regional qüvvələr Heydər Əliyev fenomeni qarşısında həmişə aciz olublar.

Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifəsi ölkənin müstəqilliyini, dövlət suverenliyini, ərazi bütövlüyünü, milli təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək idi. Mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək idi".

Həmçinin o qeyd edir ki, Azərbaycanın o dövrdəki rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi, xalqın da bunu tələb etməsi mühüm tarixi hadisə idi: "Bu kursun ali məqsədi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin, milli dövlətçilik hüquqlarının təmin olunması və beynəlxalq təhlükəsizlik sistemi ilə uzlaşdırılmış fəaliyyətdir. Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri Azərbaycanın Konstitusiyasında, Heydər Əliyevin etdiyi xarici səfərlərdə, yerli və xarici KİV-ə verdiyi müsahibələrdə, çıxışlarında, xüsusilə onun tərəfindən həyata keçirilən xarici siyasət strategiyasında öz əksini tapmışdır.

Zənnimcə, Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyətdə olmaması özünü açıq-aydın büruzə verirdi. Ulu öndər Azərbaycanı regional və beynəxalq güclərin əlindən qurtararaq, müstəqil və suveren Azərbaycan Respublikası quraraq bizlərə əmanət etdi. Bu gün bu siyasət Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik təcrübəsindən yararlanan Azərbaycan Respublikasının Prezidenti və sillahlı qüvvələrin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev tərəfindən uğurla və yüksək peşəkarlıqla davam etdirilir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi. Xüsusilə də, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində, eləcə də İlham Əliyevin Müzəffər Ali baş Komandan kimi hərbi strategiyası, hücum diplomatiyası, xalq-ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan dövləti və onu dəstəkləyən qüvvələr məğlub edilərək işğal olunmuş ərazilərimiz azad olundu"- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri