Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 12-si böyük tarixi şəxsiyyət Heydər Əliyevin Anım Günüdür.
Bu, Azərbaycanın dövlətçilik tarixinin mərhələlərinin xatırlanması günüdür… Heydər Əliyev böyük tarixi şəxsiyyət idi.
60-cı illərdə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə də Azərbaycanın rifahına çalışırdı, XX əsrin sonlarında, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da.
Sovetlər Burliyinin tərkibində buna nail olmaq asan deyildi. Moskva respublikalara, bu sıradan Azərbaycana əyalət kimi baxırdı.
Belə olsa da Heydər Əliyevin Azərbaycana sevgisi, dərin təfəkkürü, inandırma bacarığı, hadisələr və faktlar arasında məntiqi əlaqələri görmək, araşdırmaq, aşkarlamaq, gərəklisini ayırd etmək istedadı Azərbaycanın ittifaq tərkibində də olsa inkişafını təmin edirdi.
Böyük Britaniyanın Baş naziri Toni Bleyer böyük siyasi xadim və siyasət fenomeni olan Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi.
O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.