Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur

Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 12-si böyük tarixi şəxsiyyət Heydər Əliyevin Anım Günüdür. Bu, Azərbaycanın dövlətçilik tarixinin mərhələlərinin  xatırlanması günüdür…

Heydər Əliyev böyük tarixi şəxsiyyət idi. 60-cı illərdə Azərbaycanda hakimiyyətdə ol­duğu dövrdə də Azərbaycanın rifahına çalışırdı, XX əsrin sonlarında, Azərbaycanın döv­lət müstəqilliyi bərpa edildikdən sonra da. Sovetlər Burliyinin tərkibində buna nail olmaq asan deyildi. Moskva respublikalara, bu sıradan Azərbaycana əyalət kimi baxırdı. Belə olsa da Hey­dər Əliyevin Azərbaycana sevgisi, dərin təfəkkürü, inandırma bacarığı, hadisələr və faktlar ara­sında məntiqi əlaqələri görmək, araşdırmaq, aşkarlamaq, gərəklisini ayırd etmək istedadı Azər­baycanın ittifaq tərkibində də olsa inkişafını təmin edirdi.

Böyük Britaniyanın Baş naziri Toni Bleyer böyük siyasi xadim və siyasət fenomeni olan Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böh­ranlar dövründə öz öl­kə­si­nə sa­bitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Bu fikirlər azərbaycan gerçəklikləri idi və səmimiyyətlə etidaf edilirdi.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü il­dən təhlükəsizlik orqanları sistemində işləyib. 1964-cü ildən Azərbaycan SSR Nazirlər So­ve­ti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri təyin olu­nub. Ona gene­ral-mayor rütbəsi verilib. Leninqrad (indiki Sankt-Peter­burq) şəhərində xüsusi ali təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültə­si­ni bitirib.  1969-cu il iyul ple­nu­mun­da Azərbaycan Kommunist Partiyası Mər­kəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bunlar böyük tarixi şəxsiyyət Heydər Əliyevin ən böyük (və ən eti­barlı) zə­manə­ti­nin,  siyasi nüfuzunun nəticəsi idi, idarəetmə bacarığı idi, təşkilatçılıq qüdrəti idi, …

Heydər Əliyev 1969-cu ildə Azər­baycan KP MK-nın birinci katibi təyin olunandan az sonra Azərbaycan iqtisadi baxım­dan inkişaf edib, ittifaqda fərqlənən respublikalardan biri olub. Ra­yonlarda mədəniyyət evləri, xəstəxanalar, klublar tiki­lib, elm, ədəbiyyat, incəsənət xa­dim­lərinin abidə­lə­ri ucal­dı­lıb. Bakıda, eləcə də ayrı-ayrı rayon­larda böyük sənaye müəs­si­sələri inşa edilib. Bakı Məişət Kondisionerləri za­vodu, Radio zavod, Ozon zavodu və digərləri məhz Heydər Əli­yevin təşəbbüsü və təkidi ilə inşa edilib. Bunlar Azərbaycanda sənayenin dinamik inkişafı şəbəkəsinin bir hissəsi idi və Ulu Öndər bu şəbə­kə­nin daha yeni texnolo­gi­ya­larla təkmilləşdirilməsini hamişə nəzarətdə saxlayırdı. Məhz bunun nəticəsi idi ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azər­bay­can Respub­li­kası Sovet İttifaqının müt­tə­fiq respublikaları arasında bütün göstəri­ci­lə­rə görə so­nun­cu yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Azər­baycan in­kişaf etmiş sənaye respublikası kimi tanınıb, yün­gül sənaye və  kənd təsərrüfatı ittifaqda ən inkişaf etmiş iqtisadiyyat şəbəkə­lə­rin­dən biri ol­ub.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün ən böyük xidmətlərindən biri də Bakıda ibtidai hərbi məktəbin açılması olub. Moskva bunu istəmirmiş, çox yüksək rüt­bəli hərb xadimlə­ri­nin, nüfuzlu dövət məmurlarının qərəzli rəylərinə görə Moskva məktəbin açıl­ma­sını nəinki ləngitmək, həm də birdəfəlik ləğv etmək istəyirdi. Ancaq dahi şəxsiyyətin tə­kid­lərini, mən­tiq­li əsaslandırmalarını üstələyən arqument tapa bilmədikləri üçün sonda  Mosk­va bu məktəbin açılmasına razılıq verib. C.Naxçı­vans­ki adına hərbi məktəb belə yara­dılıb, bu məktəbin istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ mühari­bə­sində onlarla məzunu yüksək hərbi rütbəyə və adlara layiq görülüb.

Ən böyük azərbaycanlı olan Heydər Əliyev Bakıda fəaliyyət göstərən ali hərbi məktə­bin rəisi vəzifəsinə azərbaycanlı generalın təyin olunmasına da nail olub, bundan sonra bu mək­təbə daha çox azərbaycanlı gənc qəbil edilib. İllər sonra onlar müstəqil Azərbaycan ordu­sun­da xidmət ediblər.

1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə Azərbaycan Konstitusiyası qəbul edi­lərkən ermənilər müx­təlif mərkəzi orqanlara müraciət edərək Dağlıq Qarabağın Ermə­nis­tana birləşdirilməsi məsələsini yenidən qaldırıblar. Hey­dər Əliyev Sov.İKP MK-nın Baş ka­ti­bi L.İ.Brejnevlə görüşüb, ermə­ni­lərin əsassız id­dia­sı­nın yolve­ril­məzliyini qəti həll edib.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini siyasi birlik müstə­vi­sində durulaşdırmaq istəyirdi və bu niyyətlə də ən dürüst, ən aydın məramlı Yeni Azərbaycan partiyasını yaratdı. Bu patriya Azərbaycan gerçəkliklərinin dövlətə və xalqa gərəkli məqam­la­rını inkişaf etdirdi, zərərlilərin islahına nail oldu…

Azərbaycan məfkurəsinin, azərbaycançılıq mədəniyyətinin min illərlə səsləşdiyini dün­ya ictimaiyyətinin düşüncələrinə hopdurmaq üçün “Kitabi-Dədə Qorqud”un 1330 illik yu­bi­le­yi­nin keçirilməsini təmin etdi, dünyanın müxtəlif dövlətlərində yaşayan azərbay­can­lı­ların həmrəyliyini ideoloji təşkilatlanma səviyyəsində təşkil etdi, Dünya azərbaycanlılarının Həm­rəy­lik gününün təsis edilməsi də bu niyyətin tərkib hissələrindən biri oldu. Dünya azər­bay­can­lılarının qurultayının çağırılması Azərbaycan dövlətçiliynə, azərbaycançılığa sevgi­nin təzahürü kimi tarixləşdi.

“Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sev­mə­si və onu qorumaq hissidir” deyən böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə digər iştirakçı dövlətlər kimi Azərbaycanın da iqtisadi inkişafında mühüm mərhələ oldu. Bu müqavilə azərbaycanın dünya dövlətləri arasında siyasi nüfuzunu da yüksəltdi. “Böyük İpək Yolu” da Azərbaycan üçün eyni səviyyədə əhəmiyyətli oldu. Bu da Ümummilli Liderin Azərbaycana böyük xidmətlərindən biridir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1998-ci il fev­ra­lın 18-də Yeni Azərbaycan Parti­ya­sı­nın gənclər birliyi nüma­yən­dələrinin ümumrespublika toplantısında demişdi: “Bizim və­tən­daşlıq borcu­muz milli-mənəvi dəyərlərimizə, doğma torpa­ğı­mı­za, doğma ana dilimizə, bö­yük və zəngin tariximizə, millətimizə sadiq olmaq­dan ibarətdir”…

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olun­­ma­sını arzulayırdı. Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əli­ye­vin sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu….

Dörd ildi Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see408

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see328

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see307

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see303

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see293

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see285

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see281

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see277

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see264

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see257

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see254

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see239

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see234

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see214

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see198

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see188

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri