Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 14-cü tur matçında "Şamaxı"nı məğlub etdi."Kimyaçılar"ın futbolçusu Rövlan Muradov oyundan sonra "Football-plus.az"ın suallarını cavabladı.- Əvvəlcə oyun haqda danışaq...- Sumqayıt şəhərinin 75 yaşı tamam oldu.
Şükürlər olsun ki, belə əlamətdar gündə qələbə qazandıq. Ağır oyun keçirdik. Məncə, üç xala layiq idik.
Qələbəmizi Sumqayıt camiəsinə həsr edirik.- "Açıq qapı" elan edilməsinə rəğmən gözlənilən qədər tamaşaçı gəlmədi.
Halbuki "Mehdi Hüseynzadə"də dəfələrlə azarkeş rekordu qırılıb...- Azarkeşlərin dəstəyi bizə ruh yüksəkliyi verir.
Nə qədər çox olsalar, o qədər yaxşıdı.- Son oyunlarda komandanın potensialıyla bağlı irəliləyiş hiss edirsənmi?- Komandayla bağlı məşqçilərimiz daha dəqiq danışa bilər.
Çalışırıq ki, oyundan-oyuna daha yaxşısını edək. Futbolçular dayanmadan öz üzərində çalışır.
Var gücümdən istifadə edirəm ki, kollektivim üçün faydalı olum.- Avrokuboklar uğrunda mübarizə apara biləcəyinizə inanırsan?- Konfrans Liqasında yaşadığımız uğursuzluğu unutmuşuq.