Ümid edirəm ki, bir daha elə hadisələr yaşanmayacaq Rövlanın gözü yuxarı pillələrdədi
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sumqayıt" Misli premyer-liqasının evdə keçirilən 14-cü tur matçında "Şamaxı"nı məğlub etdi.
"Kimyaçılar"ın futbolçusu Rövlan Muradov oyundan sonra "Football-plus.az"ın suallarını cavabladı.
- Əvvəlcə oyun haqda danışaq...
- Sumqayıt şəhərinin 75 yaşı tamam oldu. Şükürlər olsun ki, belə əlamətdar gündə qələbə qazandıq. Ağır oyun keçirdik. Məncə, üç xala layiq idik. Qələbəmizi Sumqayıt camiəsinə həsr edirik.
- "Açıq qapı" elan edilməsinə rəğmən gözlənilən qədər tamaşaçı gəlmədi. Halbuki "Mehdi Hüseynzadə"də dəfələrlə azarkeş rekordu qırılıb...
- Azarkeşlərin dəstəyi bizə ruh yüksəkliyi verir. Nə qədər çox olsalar, o qədər yaxşıdı.
- Son oyunlarda komandanın potensialıyla bağlı irəliləyiş hiss edirsənmi?
- Komandayla bağlı məşqçilərimiz daha dəqiq danışa bilər. Çalışırıq ki, oyundan-oyuna daha yaxşısını edək. Futbolçular dayanmadan öz üzərində çalışır. Var gücümdən istifadə edirəm ki, kollektivim üçün faydalı olum.
- Avrokuboklar uğrunda mübarizə apara biləcəyinizə inanırsan?
- Konfrans Liqasında yaşadığımız uğursuzluğu unutmuşuq. Yeni mövsümə köklənmişik. Ümid edirəm ki, mövsümü yuxarı pillələrdə bitirəcəyik.
- Sanki penaltini yerinə yetirməzdən əvvəl Nikolay Vuynoviçlə anlaşmazlıq yaşadın...
- Yox. Bəlkə də qıraqdan elə görsənib. Sadəcə, baş məşqçimizin nə dediyini eşitmirdik. Son anda, kapitanımız Elvin Bədəlov penaltini mənim yerimə yetirməli olduğumu dedi.
- Mövsümün əvvəlində xeyli xal itirdiz. Qələbələr uğursuzluq zolağından xilas olduğunuzu göstərir?
- Baş məşqçimiz gücümüzə, potensialımıza inanır. Hər oyundan əvvəl bizi qələbə qazanmağa kökləyir. Şəhərimizə layiq oyun göstərməyimizi tələb edir. Ümid edirəm ki, yaşadığımız uğursuzluqlar geridə qaldı və bir daha elə hadisələr yaşanmayacaq.
- Növbəti turda "Zirə"ylə qarşılaşacaqsız. "Qartallar" son 6 turda cəmi bir qələbə qazanıb. Bu üzdən, "Sumqayıt"la matça daha ciddi yanaşacaqlar. Oyundan gözləntilərin necədi?
- Bizi çətin səfər oyunu gözləyir. Rəqibi analiz edəcəyik. İnanıram ki, məşqlərdə çox çalışıb "Zirə"nin meydanından xal və ya xallarla qayıda bilərik.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 24 Noyabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















