Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. 2025-ci ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalında aza
Birinci ayda istehsal edilən ÜDM əvvəlki ilin eyni ayına nisbətən 0,9 faiz azalıb.
Sfera.az xəbər verir ki, azalmanın səbəbi 2 sahədəki geriləmə ilə bağlıdır.
Ən böyük geriləmə sənayenin mədənçıxarma bölməsində qeydə alınıb.
Mədənçıxarma sənayesində istehsal 5,7 faiz azalaraq 3 milyard manata düşüb.
Sənayenin bu bölməsində istehsalın azalması neft və qaz hasilatının azalması ilə bağlıdır.
İqtisadiyyatın neft və qaz istehsalından asılılığının hələ də yüksək olması bu sahədəki dəyişikliklərin ÜDM istehsalına güclü təsir edir.
2025-ci ilin ilk ayında da istehsalda baş verən dəyişiklik ÜDM istehsalına mənfi təsir göstərib.