Icma.az
close
up
RU
Ümumi daxili məhsul istehsalında azalma qeydə alındı STATİSTİKA

Ümumi daxili məhsul istehsalında azalma qeydə alındı STATİSTİKA

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.


2025-ci ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalında azalma qeydə alınıb. Birinci ayda istehsal edilən ÜDM əvvəlki ilin eyni ayına nisbətən 0,9 faiz azalıb. 

Sfera.az xəbər verir ki, azalmanın səbəbi 2 sahədəki geriləmə ilə bağlıdır. Ən böyük geriləmə sənayenin mədənçıxarma bölməsində qeydə alınıb. Mədənçıxarma sənayesində istehsal 5,7 faiz azalaraq 3 milyard manata düşüb. Sənayenin bu bölməsində istehsalın azalması neft və qaz hasilatının azalması ilə bağlıdır. İqtisadiyyatın neft və qaz istehsalından asılılığının hələ də yüksək olması bu sahədəki dəyişikliklərin ÜDM istehsalına güclü təsir edir.

2025-ci ilin ilk ayında da istehsalda baş verən dəyişiklik ÜDM istehsalına mənfi təsir göstərib. Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 3,1 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,6 faiz, əmtəəlik qaz hasilatı 4,8 faiz azalıb. 2024-cü ilin yanvarında neft hasilatı 2,15 milyon ton, qaz hasilatı 2,95 milyard kub metr olmuşdu. Müqayisə göstərir ki, bu ilin yanvarında neft hasilatı 150 min ton, qaz hasilatı 150 milyon kub metr azalıb. 

Mədənçıxama sənayesinin ÜDM istehsalında payı böyükdür. Bu ilin birinci ayında ÜDM-nin 32 faizə yaxını mədənçıxarmada istehsal edilib. Buna görə də sahənin əsas məhsulu olan neft və qaz hasilatının azalması ÜDM istehsalına mənfi təsir edib.  Azərbaycanda ÜDM istehsalının azalmasına təsir göstərən ikinci amil tikinti sektoru olub. Tikinti sektorunda ÜDM istehsalı 26,3 faiz azalıb və 395 milyon manat təşkil edib. Tikinti sektorundakı azalmanın qaynağı əsas kapitala sərmayə qoyuluşu olub. 2025-ci ilin yanvar ayında əsas kapitala 787 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 40,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 54,8 faiz az olub. 

Qeyd edilən azalmalar ümumən iqtisadi böyümə sürətinə mənfi təsir edib. 

Vasif
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri