“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib…
Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı ilə BDU tələbələrinin görüşü keçirilib.
Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, dünyada hər bir ölkənin tərəqqisi xalqın içərisindən çıxan tarixi şəxsiyyətlərin uzaqgörən siyasətinin və gərgin əməyinin bəhrəsidir: “Çünki tarixi şəxsiyyətlər uğurları ilə qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanır.
Bu mənada, xalqımızın Ümummilli Lideri Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olaraq ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olmuşdur.
Ulu Öndərin uğurlu fəaliyyəti əsl dövlətçilik məktəbi olaraq gənclərimiz üçün əsl nümunədir.
Müstəqil Azərbaycanın inkişafında Ümummilli Liderin əvəzsiz xidmətləri olmuşdur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmişdir.
Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı naminə bütün imkanlardan istifadə etmişdir”.
Tam oxu
Xəbəri oxu