Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

İran rejimi legitimliyini itirir ŞƏRH

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı ilə BDU tələbələrinin görüşü keçirilib.

Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, dünyada hər bir ölkənin tərəqqisi xalqın içərisindən çıxan tarixi şəxsiyyətlərin uzaqgörən siyasətinin və gərgin əməyinin bəhrəsidir: “Çünki tarixi şəxsiyyətlər uğurları ilə qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanır. Bu mənada, xalqımızın Ümummilli Lideri Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olaraq ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olmuşdur. Ulu Öndərin uğurlu fəaliyyəti əsl dövlətçilik məktəbi olaraq gənclərimiz üçün əsl nümunədir. Müstəqil Azərbaycanın inkişafında Ümummilli Liderin əvəzsiz xidmətləri olmuşdur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmişdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı naminə bütün imkanlardan istifadə etmişdir”.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri isə, heç şübhəsiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfərlərdir. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası tam olaraq təmin edilmişdir.
Daha sonra məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır: “Xalqımız hər zaman müasir dövlətimizin memarı və qurucusu, Azərbaycanın müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla yanaşı, tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ulu Öndərin zəngin həyat yolu və müstəsna fəaliyyəti bir-birini tamamlayaraq öz xalqına sıx bağlılığın və milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümünə çevrilib. Geniş bilik və dərin təfəkkürə malik olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə yalnız müstəqillik dövründə deyil, bütün dönəmlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə qarşıya qoyulmuş vəzifələri düzgün müəyyənləşdirərək onları məharətlə həyata keçirib”.
Qeyd olunub ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz lideri ilə qürurludur. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü və qüdrəti sayəsində tarixi zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız, hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında sıx birləşib.
Diskussiya şəraitində davam edən görüşdə gənclərin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see315

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see194

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see192

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see179

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see168

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see155

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri