Icma.az, Apasport portalına istinadən məlumat verir.
İspaniya millisinin qapıçısı Unai Simon dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 29 yaşlı qolkiper DÇ-2026-nın 1/16 finalında Avstriya ilə oyunda qapısını toxunulmaz saxlayaraq mundial tarixinin ən uzun "quru seriya"sına imza atıb.
Simon dünya çempionatlarında ardıcıl 519 dəqiqə qol buraxmayaraq italiyalı Valter Zenqanın 1990-cı ildə müəyyənləşdirdiyi 517 dəqiqəlik rekordu geridə qoyub. Üçüncü pillədə isə 500 dəqiqə ilə İngiltərə əfsanəsi Piter Şilton qərarlaşıb.
Qeyd edək ki, Simonun dünya çempionatında son buraxdığı qol DÇ-2022-nin qrup mərhələsində Yaponiya ilə oyunun 51-ci dəqiqəsində qeydə alınıb. O vaxtdan bəri o, mundiallarda qapısından top buraxmayıb.
50 illik seriya bitdi - Almaniya penaltilərdə uduzdu DÇ-2026-da ilk əlavə vaxt - Almaniya və Paraqvay 90 dəqiqəyə "sığmadı" Kanada tarix yazdı - İlk dəfə DÇ-da 1/8 finala yüksəldi Modriç tarix yazdı - Xorvatiya millisində 200-cü matç! Vozinya Zoff və Şiltona çatdı - DÇ tarixində 3-cü oldu