Unai Simon rekord qırdı DÇ tarixində zirvəyə yüksəldi
Icma.az, Apasport portalına istinadən məlumat verir.
İspaniya millisinin qapıçısı Unai Simon dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 29 yaşlı qolkiper DÇ-2026-nın 1/16 finalında Avstriya ilə oyunda qapısını toxunulmaz saxlayaraq mundial tarixinin ən uzun "quru seriya"sına imza atıb.
Simon dünya çempionatlarında ardıcıl 519 dəqiqə qol buraxmayaraq italiyalı Valter Zenqanın 1990-cı ildə müəyyənləşdirdiyi 517 dəqiqəlik rekordu geridə qoyub. Üçüncü pillədə isə 500 dəqiqə ilə İngiltərə əfsanəsi Piter Şilton qərarlaşıb.
Qeyd edək ki, Simonun dünya çempionatında son buraxdığı qol DÇ-2022-nin qrup mərhələsində Yaponiya ilə oyunun 51-ci dəqiqəsində qeydə alınıb. O vaxtdan bəri o, mundiallarda qapısından top buraxmayıb.
Bu mövzuda digər xəbərlər:Unai Simon: “Ronaldu artıq əvvəlki deyil”
05 İyul 2026 07:24
Unai Simon mundialda qapısını toxunulmaz saxlamaqda yeni rekord müəyyənləşdirib
03 İyul 2026 02:13
Unai Simon turnirin ən yaxşı qapıçısı seçildi
20 İyul 2026 02:53
Unai Simon Kasilyasın dünya çempionatlarındakı rekordunu qırıb
15 İyul 2026 09:32
Unai Simon Finalissimanın Qətərdə keçirilməsinə qarşıdır: “Azarkeşlər birinci yerdədir”
15 Noyabr 2025 06:18
Baxış sayı:206
Bu xəbər 03 İyul 2026 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















