Unay Emeriyə yeni müqavilə təklifi

05.11.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Unay Emeriyə yeni müqavilə təklifi

İngiltərənin “Aston Villa” klubu baş məşqçisi Unay Emeri ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Birmingem təmsilçisi Unay Emeri ilə yanaşı, onun köməkçiləri Damian Vidagani və Roberto Olabeyə də yeni müqavilə təklif edib. Danışıqların yekun mərhələdə olduğu bildirilir.

Klub rəhbərliyi digər komandaların Emeriyə maraq göstərməsinin qarşısını almaq və gələcəkdə hər hansı problemin yaranmasına imkan verməmək istəyir. Rəhbərlik ispaniyalı mütəxəssisin işindən tam razıdır.

Qeyd edək ki, 55 yaşlı Unay Emerinin “Aston Villa” ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. O, 2022-ci ildən komandaya rəhbərlik edir. Emerinin rəhbərliyi altında “Aston Villa” 2025/2026 mövsümündə Avropa Liqasının qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью