Unay Emeriyə yeni müqavilə təklifi
Icma.az bildirir, Qol.az portalına istinadən.
İngiltərənin “Aston Villa” klubu baş məşqçisi Unay Emeri ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb.
QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, Birmingem təmsilçisi Unay Emeri ilə yanaşı, onun köməkçiləri Damian Vidagani və Roberto Olabeyə də yeni müqavilə təklif edib. Danışıqların yekun mərhələdə olduğu bildirilir.
Klub rəhbərliyi digər komandaların Emeriyə maraq göstərməsinin qarşısını almaq və gələcəkdə hər hansı problemin yaranmasına imkan verməmək istəyir. Rəhbərlik ispaniyalı mütəxəssisin işindən tam razıdır.
Qeyd edək ki, 55 yaşlı Unay Emerinin “Aston Villa” ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. O, 2022-ci ildən komandaya rəhbərlik edir. Emerinin rəhbərliyi altında “Aston Villa” 2025/2026 mövsümündə Avropa Liqasının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Noyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















