UNEC də keçirilən Elm Festivalı uğurla yekunlaşdı FOTOLAR | Icma.az
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 3 gün davam edən Elm Festivalı uğurla yekunlaşıb.
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə qeyd olunan Elm Günü çərçivəsində keçirilən Elm Festivalı elmin populyarlaşdırılması, onun təşviqi və cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli elmi platforma rolunu oynayıb.
Elm Festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, eləcə də tanınmış alimlər, tədqiqatçılar və tələbələr iştirak ediblər.
Açılış mərasimi UNEC-in elmi inkişaf strategiyası və bu istiqamətdə həyata keçirilən konkret layihələrin və əldə etdiyi uğurların təqdimatı ilə yadda qaldı.
Festivalda son on ildə UNEC alimlərinin Web of Science-də çap olunmuş məqalələrinin sayının 301 dəfə, Scopus-da çap olunmuş məqalələrinin sayının 277 dəfə, Scopusda məqalələrə istinad sayının isə 227 dəfə artdığı deyilib.
Web of Science və Scopusda çap olunmuş məqalələrin və istinadların sayının artımına görə UNEC-in dünyada lider olduğu bildirilib.
2024-cü ildə UNEC alimlərinin Scopusda çap olunmuş məqalələrinin 81,2%-i 123 ölkənin, Web of Science-dəki məqalələrin 91%-i 108 ölkənin alimləri ilə birgə çap olunduğu barədə də məlumat verilib.
Tam oxu
Xəbəri oxu