Icma.az
close
up
RU
UNEC də keçirilən Elm Festivalı uğurla yekunlaşdı FOTOLAR

UNEC də keçirilən Elm Festivalı uğurla yekunlaşdı FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 3 gün davam edən Elm Festivalı uğurla yekunlaşıb.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə qeyd olunan Elm Günü çərçivəsində keçirilən Elm Festivalı elmin populyarlaşdırılması, onun təşviqi və cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli elmi platforma rolunu oynayıb.

Elm Festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, eləcə də tanınmış alimlər, tədqiqatçılar və tələbələr iştirak ediblər. Açılış mərasimi UNEC-in elmi inkişaf strategiyası və bu istiqamətdə həyata keçirilən konkret layihələrin və əldə etdiyi uğurların təqdimatı ilə yadda qaldı.

Festivalda son on ildə UNEC alimlərinin Web of Science-də çap olunmuş məqalələrinin sayının 301 dəfə, Scopus-da çap olunmuş məqalələrinin sayının 277 dəfə, Scopusda məqalələrə istinad sayının isə 227 dəfə artdığı deyilib. Web of Science və Scopusda çap olunmuş məqalələrin və istinadların sayının artımına görə UNEC-in dünyada lider olduğu bildirilib. 2024-cü ildə UNEC alimlərinin Scopusda çap olunmuş məqalələrinin 81,2%-i 123 ölkənin, Web of Science-dəki məqalələrin 91%-i 108 ölkənin alimləri ilə birgə çap olunduğu barədə də məlumat verilib.

UNEC-də elmi fəaliyyətin təşviq sisteminin təkmilləşdirilməsindən sonra 2023-cü illə müqayisədə 2024-cü ildə Scopus-dakı məqalələrinin sayının 2 dəfə, Web of science-dəki sayının 2,5 isə dəfə artdığı ictimaiyyətə açıqlanıb.

Festival çərçivəsində müxtəlif mövzularda və formatlarda sərgilər, təqdimatlar, tədbirlər, müzakirələr və təltifolunmalar baş tutub.

“Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi UNEC tələbələrinin və region məktəblərinin şagirdlərinin əl işlərinin təqdimatı ilə yadda qalıb. Eyni zamanda UNEC Dizayn məktəbinin tələbələrinin bir-birindən maraqlı əl işlərini, Mühəndislik fakültəsinin müəllim və tələbələrinin UNEC laboratoriyalarında hazırlayaraq nümayiş etdirdikləri qida məhsullarını iştirakçılar xüsusi maraqla qarşılayıblar. Kitabxana İnformasiya Mərkəzinin təşkil etdiyi kitab sərgisi də Elm Festivalına xüsusi rəng qatıb.

Festival çərçivəsində Dünya Azərbaycanlı Alimləri Birliyinin iştirakı ilə “Elmlə səyahət: Elm göründüyündən daha yaxındır” mövzusunda keçirilən beynəlxalq təqdimat və diskussiyalar zamanı xaricdə yaşayan azərbaycanlı alimlər, o cümlədən İsrail, Türkiyə və digər ölkələrin professorları elmin gələcək inkişafı ilə bağlı təkliflər səsləndiriblər.

Festivalın əlamətdar hadisələrindən biri də UNEC tərəfindən azərbaycan dilinə tərcümə edilmiş London İqtisadiyyat Məktəbinin professoru Paul De Grauvenin “Bazar hüdudları: Dövlət və bazar arasındakı iqtisadi rəqqas” kitabının təqdimatı olub. BP-nin maliyyə dəstəyi ilə tərcümə edilən bu əsər bazar və dövlət münasibətlərinin iqtisadi analizini təqdim edir və xüsusən tədqiqatçılar, tələbələr və iqtisadçılar üçün əhəmiyyətli resurs sayılır.

Festival günlərində, həmçinin UNEC-in ilk Scopus indeksli elmi jurnalı olan “UNEC Journal of Engineering and Applied Sciences” (JEAS) və ilk tələbə jurnalı olan “UNEC Tələbə Tədqiqatları”nın təqdimatı da keçirilib.

Elmin rəqəmsallaşdırılması istiqamətində UNEC-in gördüyü işlər də festivalın əsas mövzularından olub. “Elmin rəqəmsallaşdırılmasının UNEC modeli: Akademik məlumatların idarə edilməsi sisteminin tətbiqi” mövzusunda keçirilən plenar iclasda UNEC-də 2024-cü ildən istifadəyə verilmiş AVESİS – Akademik Məlumat İdarəetmə Sisteminin təqdimatı olub və bu istiqamətdə geniş müzakirələr aparılıb.

Bundan əlavə, Clarivate şirkətinin nümayəndəsinin təqdimatında elmi tədqiqatlarda süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübə nümayiş olunub. AI-powered Academic Coach, Metadata Assistant kimi alətlərin kitabxana və tədris mühitində istifadəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

UNEC-in elmi jurnallarının və konfrans materiallarının nüfuzlu beynəlxalq platformalarda indekslənməsi, eləcədə müxtəlif elm sahələri üzrə yeni elmi jurnalların yaradılması imkanları da festivalın müzakirə mövzularından olub.

Festivalın sonunda UNEC-də 2024-cü il üzrə Scopus bazasında elmi fəaliyyəti ilə fərqlənən kafedralar təltif olunublar. “Mühəndislik və tətbiqi elmlər” kafedrası ən çox elmi əsəri indekslənən, “Maliyyə və audit” kafedrası ən çox istinad olunan, “Biznesin idarə edilməsi” kafedrası Q1 kateqoriyalı jurnallarda ən çox məqaləsi olan kafedra kimi tanınıb. “İqtisadiyyat” və “Maliyyə və audit” kafedraları isə ən çox beynəlxalq həmmüəlliflərlə birgə tədqiqat aparan bölmələr kimi xüsusi mükafata layiq görülüb.

“İqtisadiyyat, ekonometrika və maliyyə”, “Ətraf mühit elmləri”, “Enerji”, “Riyaziyyat”, “Kompüter elmləri”, “Materialşünaslıq”, “Kimya və kimya mühəndisliyi” sahələri üzrə son 5 ildə ən yüksək elmmetrik göstəriciyə malik UNEC müəllimləri, eləcə də “Gələcəyin alimləri və mühəndisləri” adlı sərgidə aktiv iştirak edən tələbələr də “Təşəkkürnamə”lərlə təltif olunublar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Aprel 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see254

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see231

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see148

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see125

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri