Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) COP29-da Kütləvi informasiy
“Report” xəbər verir ki, bunu UNFCCC-nin kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer jurnalistlərə açıqlamasında bildirib.
"Komandamız media nümayəndələrinin baş verən hadisələrdən xəbərdar olması üçün əlindən gələni edir", - o bildirib.
Əlavə edib ki, media qurumlarının əməkdaşlarına hər gün əsas proqramla bağlı elektron məktublar göndərilir.
"Biz, həmçinin sosial şəbəkələrdən, “push” bildirişlərdən, eləcə də baş verənlərdən daim xəbərdar olmaq üçün məlumat tapa biləcəyiniz veb-saytlardan istifadə edirik", - o vurğulayıb.
A.Sayerin sözlərinə görə, Azərbaycan hökuməti media mərkəzinin təşkilini uğurla həyata keçirib və onu məhdud imkanlara malik olan insanlar üçün də əlçatan edib.
Bizim WhatsApp kanalımıza abunə olun Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.