UNFCCC rəsmisi: Azərbaycan COP29da media mərkəzinin təşkilini uğurla həyata keçirib
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) COP29-da Kütləvi informasiya vasitələrinin (KİV) davamlı fəaliyyətini təmin etmək üçün əlindən gələni edir.
“Report” xəbər verir ki, bunu UNFCCC-nin kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer jurnalistlərə açıqlamasında bildirib.
"Komandamız media nümayəndələrinin baş verən hadisələrdən xəbərdar olması üçün əlindən gələni edir", - o bildirib. Əlavə edib ki, media qurumlarının əməkdaşlarına hər gün əsas proqramla bağlı elektron məktublar göndərilir.
"Biz, həmçinin sosial şəbəkələrdən, “push” bildirişlərdən, eləcə də baş verənlərdən daim xəbərdar olmaq üçün məlumat tapa biləcəyiniz veb-saytlardan istifadə edirik", - o vurğulayıb.
A.Sayerin sözlərinə görə, Azərbaycan hökuməti media mərkəzinin təşkilini uğurla həyata keçirib və onu məhdud imkanlara malik olan insanlar üçün də əlçatan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 Noyabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















