Unikal platforma Yeni Gündəm | Icma.az
Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qlobal Bakı Forumu artıq bir ənənəyə çevrilmiş, bu il 12-ci dəfə təşkil olunan bu platformaya maraq daha da artıb.
Bu isə Azərbaycanın güclənən beynəlxalq nüfuzundan xəbər verir.
Digər beynəlxalq forumlardan fərqli olaraq, Qlobal Bakı Forumunda müxtəlif istiqamətlər, habelə siyasi, ictimai, sosial və mədəni məsələlər müzakirə olunur.
Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub.
Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir.
Burada prezidentlər, baş nazirlər, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər.
Forumun açılış mərasimində cənab Prezident proqram xarakterli çıxış etdi.
Tam oxu
Xəbəri oxu