Icma.az
close
up
RU
Unikal platforma Yeni Gündəm

Unikal platforma Yeni Gündəm

Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qlobal Bakı Forumu artıq bir ənənəyə çevrilmiş, bu il 12-ci dəfə təşkil olunan bu platformaya maraq daha da artıb. Bu isə Azərbaycanın güclənən beynəlxalq nüfuzundan xəbər verir. Digər beynəlxalq forumlardan fərqli olaraq, Qlobal Bakı Forumunda müxtəlif istiqamətlər, habelə siyasi, ictimai, sosial və mədəni məsələlər müzakirə olunur. Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub. Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir. Burada prezidentlər, baş nazirlər, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər.

Forumun açılış mərasimində cənab Prezident proqram xarakterli çıxış etdi. Azərbaycanın iqlim dəyişmələri sahəsində əldə etdiyi nailiyyətləri və iqlim diplomatiyasında dönüş nöqtəsi olan COP29 barədə forum iştirakçılarına məlumat verən Prezident İlham Əliyev bəzi xarici media qurumlarının Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün apardığı qarayaxma kampaniyalarından bəhs edib. ABŞ və Fransa mediasında yayımlanan anti-Azərbaycan dezinformasiya cəhdlərinə baxmayaraq, Azərbaycan bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirib.

Dövlət başçısı çıxışında COP29 zamanı Fransa Prezidenti Makron tərəfindən aparılan boykot kampaniyalarına da toxunub. Eyni zamanda, ABŞ administrasiyasına bağlı media resurslarında – “Washington post”, “Financial Times”, “Associated Press” və s. COP29 öncəsi tədbirin Azərbaycanda keçirilməsinə kölgə salmaq məqsədilə ölkəmiz haqqında saxta məlumatlar yer alan məqalələr yayımlanıb. Bu cəhdlər Azərbaycanın beynəlxalq nüfuzunu və imicini zəiflətmək məqsədi daşısa da, nəticədə bu cəhdlər uğursuz olub. Azərbaycan “Bakubreakthrough” adlanan yeni iqlim maliyyə hədəfi ilə və bir çox maddələr üzrə tərəf ölkələr arasında konsensusun əldə olunması ilə adını tarixə yazdırıb. Qeyd edildiyi kimi, bu tədbirdə 197 ölkədən 77,000 iştirakçı qeydiyyatdan keçmiş, 70-ə yaxın dövlət və hökumət başçısı qatılmışdır: “Ermənistan isə COP29-u boykot edən və iştirakdan imtina edən yeganə ölkə olub. Bu qərar, Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməməsi ilə bağlı idi. Onlar iqlim üzrə yeni maliyyə hədəflərinin razılaşdırılmasında birbaşa iştirak etmədilər.

Prezident İlham Əliyev çıxışında azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı da məlumat verərək bununla tarixi ədalətin bərpa olunduğunu, BMT-in kağız üzərində qalan qətnamələrini ölkəmizin özünün icra etdiyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda törədilmiş urbasid cinayətləri, ətraf mühitin məhv edilməsi – ekosid, mədəni irsimizə qarşı həyata keçirilən vandalizm aktları, məscid, məzar yerlərinin təhqir edilməsi dünya ictimaiyyətinin gözü qarşısında aparılmışdır. Həmin əraziləri ziyarət edən xarici qonaqlar bu vandalizmi öz gözləri ilə görə bilərlər.

Bu platforma dünya mediasının da diqqət mərkəzindədir. Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlər müzakirə olunur. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib.

Prezident çıxışında Avropa İttifaqının regiondakı missiyasına da toxunub və bu missiyanı lazımsız hərbi kəşfiyyat fəaliyyəti kimi qiymətləndirib. O bildirdi ki, Azərbaycan tərəfinin bu missiya ilə bağlı əldə etdiyi kəşfiyyat məlumatları mövcuddur.

Forum çərçivəsində müxtəlif müzakirələr baş tutur. Azərbaycandan çıxışçılar regional əməkdaşlıq çərçivəsində “Türk Dövlətləri Təşkilatı” ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildiriblər. Bundan əlavə, forumda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar və açıq qalan məsələlər barədə məlumat verilib. Panellərdə “Sülhə aparan yol” adlı sessiya zamanı hazırda dünyada müharibə və münaqişə ocaqları barədə və sülh üçün hansı perspektivlərin olması, təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb.

BMT-nin islahatlara ehtiyacı və çoxqütblü dünya nizamının formalaşması, yeni reallıqlar və geosiyasi yerdəyişmələri nəzərə alaraq, BMT-in bu tələblərə cavab verən quruma çevrilməsi tövsiyə olundu. BMT-də yeni mexanizmin hazırlanmasının zəruriliyi bir daha vurğulanıb. Əgər əvvəllər çoxtərəfli yanaşma təbliğ edilirdisə, hazırda dünyada qütbləşmə və çoxqütblülük müşahidə olunur. Buna görə də, BMT bu reallıqlara cavab olaraq yeni tədbirlər həyata keçirməli, islahat mexanizmləri işləyib hazırlamalı və tətbiq etməlidir.

Pərvanə Vəliyeva

Milli Məclisin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 16 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri