Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Əmək bazarı həmişə dinamik sahə olub. Əmək bazarı hər daim öyrənilməlidir".
Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.
O bildirib ki, hər il Azərbaycanda əmək bazarına təqribən 100 mindən bir qədər çox işçi qüvvəsi daxil olur: "Təbii ki, əmək bazarında o qədər iş yeri açıla bilmir.
Ən yaxşı halda 60-70 min civarında iş yerləri açıla bilir. Bu da əmək bazarını rəqabətli edir.
Azərbaycanda rəsmi statistikaya görə işsizlik təqribən 5,6 faiz təşkil edir. Biz araşdıranda görürük ki, işsizliyin müxtəlif səbəbləri var.
Əmək bazarında rəqabətə davamlı mütəxəssislər, yaxud da, işçi qüvvəsi olmalıdır.
Burada təkcə ali təhsilli mütəxəssislərdən söhbət getmir, həm də təhsilsiz və ali təhsili olmayan işçi qüvvəsindən də söhbət gedir.
Bilmək lazımdır ki, əmək bazarına üz tutan işçi qüvvəsi nə dərəcədə əmək bazarının tələblərinə cavab verir.