“Universitetlər distanta keçib, məktəblərdə dərs var, nazirlik bunu tənzimləməli idi” EKSP…
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq. “Bugünkü günə uyğun məktəblərlə bağlı verilən qərar mənə görə doğru deyil.
Çünki məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə ən azı nəzərə alınıb, dərsləri distans formada keçirtmək olardı.
Çünki istər paytaxt olsun, istərsə də respublikanın bəzi bölgələrində məhz qar yağması nəticəsində müəyyən çətinliklər yaranıb.
İndi ola bilər bəlkə də bölgələrdə şagirdlər məktəbə yaxın olduğu üçün dərsə davamiyyətlərində bir o qədər də sıxıntı olmaz.
Amma paytaxt məktəblərində yolların buz bağlaması artıq hansısa təhlükəli halların olmasına zəmin yaradır.
Bir çox valideynlər övladlarını nəinki yaxın, uzaq məsafədə olan məktəblərə qeydiyyata aldırırlar.
Əgər hərəkətsizlik olarsa onlar övladlarını dərsə necə çatdıracaqlar?
Təbii ki, belə halda mən belə düşünürəm ki, davamiyyət olduqca aşağı düşəcək.
Tam oxu
Xəbəri oxu