Icma.az
close
up
RU
“Universitetlər distanta keçib, məktəblərdə dərs var, nazirlik bunu tənzimləməli idi” EKSPERT

“Universitetlər distanta keçib, məktəblərdə dərs var, nazirlik bunu tənzimləməli idi” EKSPERT

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Bugünkü günə uyğun məktəblərlə bağlı verilən qərar mənə görə doğru deyil. Çünki məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə ən azı nəzərə alınıb, dərsləri distans formada keçirtmək olardı. Çünki istər paytaxt olsun, istərsə də respublikanın bəzi bölgələrində məhz qar yağması nəticəsində müəyyən çətinliklər yaranıb. İndi ola bilər bəlkə də bölgələrdə şagirdlər məktəbə yaxın olduğu üçün dərsə davamiyyətlərində bir o qədər də sıxıntı olmaz. Amma paytaxt məktəblərində yolların buz bağlaması artıq hansısa təhlükəli halların olmasına zəmin yaradır. Bir çox valideynlər övladlarını nəinki yaxın, uzaq məsafədə olan məktəblərə qeydiyyata aldırırlar. Əgər hərəkətsizlik olarsa onlar övladlarını dərsə necə çatdıracaqlar? Təbii ki, belə halda mən belə düşünürəm ki, davamiyyət olduqca aşağı düşəcək. Bu günləri ən azı təhsil distant olmalı idi”

Bunu Moderator.az-a açıqlamasında Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib. O daha sonra əlavə edib:

“Məktəblilər dərsə getmədiyi halda dərsdən qalan həmin o şagirdlər olacaq. Bir auditoriyada 25-30 şagird varsa, onun təxminən tən yarısı, bəlkə də tən yarısından azı məktəbə gedəcək. Qalanı isə getməyəcək. Xüsusilə də səhər növbəsi. Günorta növbəsində bəlkə hava bir az yumşalar, yollar açılar, müəyyən qədər davamiyyət arta bilər. Amma səhər növbəsi yolların buz bağlaması səbəbindən ola bilsin ki, davamiyyətə ciddi təsir edəcək. Əgər ali təhsil müəssisələri distant təhsilə keçirlərsə, halbuki mənim fikrimcə tələbələr özlərini idarə edə bilirlər, universitetə rahat gedib-gələ bilərlər. Amma faktiki olaraq ali təhsil müəssisələri mövcud durumu gözə alaraq belə qərar verirsə, Məktəbəqədər Ümumtəhsil üzrə Dövlət Agentliyi də bu qərarı almalı idi. Elm və Təhsil Nazirliyi bu qərarı almalı idi ki, məktəblərdə ən azı həftənin 1-ci və 2-ci günü dərslər təxirə salınsın. Necə ki, qardaş ölkə Türkiyədə məhz qar yağması səbəbindən müxtəlif bölgələrdə bu qərara alınıb. Bizdə də olmalı idi” deyə ekspert bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri